Yuxarı

Hesablama Palatası dövlət büdcəsindən ƏƏSMN-ə ayrılan vəsaitdən istifadəni yoxlayıb

© Report

Bakı. 8 yanvar. REPORT.AZ/ Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

“Report”un verdiyi xəbərə görə, iclasda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ayrılan vəsaitlərin istifadəsinin auditinə dair hesabat dinlənilib.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və Şöbənin məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrasının auditinə dair, dövlət büdcəsindən Dövlət Statistika Komitəsinə ayrılan vəsaitlərin istifadəsinin auditinə dair hesabatlar müzakirə olunub. “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna daxilolmaların hesablanılması, ödənilməsi və xərclərdən istifadə” mövzusunda təhlilə dair hesabat da iclasın müzakirə mövzuları arasında yer alıb.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi