Əcnəbi hüquqi və fiziki şəxslərin Azərbaycandakı fəaliyyəti haqqında xarici dövlətlərə məlumat veriləcək

Əcnəbi hüquqi və fiziki şəxslərin Azərbaycandakı fəaliyyəti haqqında xarici dövlətlərə məlumat veriləcək Azərbaycanda bir sıra iqtisadi qanunlara dəyişikliklər təklif edilir
Maliyyə
19 Oktyabr , 2017 12:35
Əcnəbi hüquqi və fiziki şəxslərin Azərbaycandakı fəaliyyəti haqqında xarici dövlətlərə məlumat veriləcək
Sputnik / Murad Orujov

Bakı. 19 oktyabr. REPORT.AZ/ Həyatın yığım sığortası və annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edəcək.

"Report"un verdiyi xəbərə görə, bununla bağlı “Sığorta fəaliyyəti haqqında” qanuna 17.3-cü maddə əlavə edilir. Həmin maddəyə görə, həyatın yığım sığortası və annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, Azərbaycanın normativ-hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Vergi Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

Bundan başqa, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunlara təklif edilən dəyişikliklərə görə, mərkəzi depozitar, investisiya şirkətləri, milli poçt operatoru, investisiya fondları, banklar, bank olmayan kredit təşkilatları da beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Vergi Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Son xəbərlər

Orphus sistemi