Avropa Mərkəzi Bankı xarici banklara likvidlik azadlığı verilməsini asanlaşdıracaq

Avropa Mərkəzi Bankı xarici banklara likvidlik azadlığı verilməsini asanlaşdıracaq Avropa Mərkəzi Bankı (ECB) Avrozona bankları ilə xarici banklar arasında birləşmələr zamanı yaşanan bəzi problemləri aradan qaldıracaq.
Maliyyə
31 Yanvar , 2020 16:07
Avropa Mərkəzi Bankı xarici banklara likvidlik azadlığı verilməsini asanlaşdıracaq

Avropa Mərkəzi Bankı (ECB) Avrozona bankları ilə xarici banklar arasında birləşmələr zamanı yaşanan bəzi problemləri aradan qaldıracaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu ECB-nin baş auditoru Andrea Enria bildirib.

“ECB-in Bank Nəzarəti-Müşahidəsi bölməsi törəmə şirkətlərin birləşdirilməsi prosesi zamanı həyata keçirilən tənzimləmələrin gücləndirilməsini müzakirə edir. Bundan başqa, biz xarici banklara likvidlik azadlığı verilməsi prosesini asanlaşdırmağa hazırıq”, – o bildirib.

O qeyd edib ki, birləşmələrin qarşısındakı ən böyük əngəllərdən biri fərqli ölkələrdəki birləşmələr zamanı nəğd pul axının məhdudlaşdırılmasıdır.

Son xəbərlər

Orphus sistemi