ECB uçot dərəcəsini sabit saxlayıb

ECB uçot dərəcəsini sabit saxlayıb Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı - 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.
Maliyyə
4 İyun , 2020 16:02
ECB uçot dərəcəsini sabit saxlayıb

Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı - 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

"Report" “Bloomberg”ə istinadən xəbər verir ki, qurum həmçinin depozit faizlərini - 0,5% səviyyəsində təsdiqləyib.

Bundan başqa, qurum pandemiyaya qarşı təcili satın alma proqramının (PEPP) büdcəsini 600 milyard avroya çatdırıb, proqramın müddətini isə gələn ilin iyun ayına qədər uzadıb.

Xatırladaq ki, ECB martda pandemiyaya qarşı 750 milyard avro dəyərində aktivlərin alım proqramı həyata keçirmişdi.

Son xəbərlər

Orphus sistemi