ECB uçot dərəcəsini sabit saxlayıb

ECB uçot dərəcəsini sabit saxlayıb Bu gün qurumun iclası keçirilib
Maliyyə
7 Sentyabr , 2017 16:26
ECB uçot dərəcəsini sabit saxlayıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin indiki 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Qurum  monetar ekspansiya ilə bağlı qərarını dəyişməyib və aylıq istiqraz alışı həcmini 60 mlrd. avro məbləğində saxlayıb. Bu dəqiqələrdə ECB-nin sədri Mario Draginin iclasla bağlı açıqlaması gözlənilir.

Son xəbərlər

Orphus sistemi