Yuxarı

ECB-nin sabah baş tutacaq iclasında vacib qərarlar gözlənilir

Avronun məzənnəsində ciddi dəyişiklik gözlənilmir

Bakı. 7 sentyabr. REPORT.AZ/ Qlobal maliyyə bazarlarında Avropa Mərkəzi Bankının (ECB) sabah, sentyabrın 8-də keçirəcəyi növbəti toplantısında veriləcək qərarlar diqqətlə izləniləcək. 

"Report"un "Bloomberght" agentliyinə istinadən verdiyi xəbərə görə, iclasda ECB-nin Avrozona iqtisadi artım proqnozlarını azaltması və monetar ekspansiyanın müddətinin uzatması gözlənilir. 19 üzv ölkədən ibarət olan Avrozonanın monetar siyasətinə qərar verən ECB-nin uzun müddətdir regionda inflyasiyanın artırılması ilə mübarizə apardığı müşahidə edilir. Buna görə də sabahkı iclasın investorlar üçün əhəmiyyəti böyükdür.

Almaniyanın Frankfurt şəhərində sabah keçiriləcək iclasda iqtisadi artım və inflyasiyaya təzyiq edən amillərin müzakirə olunacağı gözlənilir. Ekspertlər ESB-nin sabah yeni tədbirlər paketi açıqlamayacağını, uçot dərəcələrini azaltmayacağını, ancaq monetar ekspansiya müddətinin artırılacağını proqnozlaşdırırlar.

"Anadolu" agentliyinə müsahibəsində İNG bankının Avropa bölgəsi üzrə baş iqtisadçısı Peter Vanden-Houte bildirib ki, Avrozonada baza inflyasiya rəqəmi 1%-dən az olmağa davam edir. ECB bu vəziyyətdən məmnun deyil, amma, eyni zamanda Brexitdən sonra Avrozona iqtisadiyyatı dayanıqlılıq göstərir. Məhz bu səbəbdən ECB sabah sərt addımlar atmayacaq. 

Bankın monetar ekspansiya müddətini 2017-ci ilin mart ayından daha sonrakı tarixlərə qədər artıracağını bildirən P.V-Houte ECB-nin hazırda başqa edəcəyi bir hərəkətin olmadığını vurğulayıb. "Uçot dərəcələrini daha da azatmaq qərarı bank sektoruna hazırda mənfi təsir göstərə bilər və ECB-dən bu addımı atacağı gözlənilmir",- baş iqtisadçı deyib. Onun tərəfindən verilən proqnozlara "Commerzbank" baş iqtisadçısı Jörg Kraemer və "İHS Global İnsight" Avropa və İngiltərə regionu baş iqtisadçısı Howard Archer də qatılıb.

"Report"un analitik qrupu sabah açıqlanacaq qərarların avronun məzənnəsinə ciddi təsir etməyəcəyini, amma bir qədər digər valyutalarla müqayisədə ucuzlaşacağını proqnozlaşdırır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi