Yuxarı
    Bağlamaq

    ECB faiz dərəcələrini sabit saxlayıb

    Monetar ekspansiya şərtləri də sabit qalıb

    Bakı. 19 yanvar. REPORT.AZ/ Avropa Mərkəzi Bankınln (ECB) bu gün keçirilmiş növbəti iclasında faiz dərəcələri sabit saxlanılıb. 

    "Report" xəbər verir ki, bununla da uçot dərəcəsi 0%, depozit faizi -0,4%, marjinal borclanma faizi 0,25% qalıb. Bu qərar maliyyə bazarı iştirakçılarının gözləntilərinə uyğun olub. 

    ECB həmçinin monetar ekspansiya proqramı çərçivəsində həyata keçirdiyi qiymətli kağızların alınması ilə bağlı əməliyyatların həcmini 2017-ci il mart ayına qədər 80 mlrd. avro (85 mlrd. ABŞ dolları), aprel ayından dekabr ayına qədər isə 60 mlrd. avro (64 mlrd. dollar) səviyyəsində saxlayıb. Bank lazım gələrsə proqramın müddət və həcmini dəyişdirə biləcəyini bəyan edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi