Yuxarı

EBRD Azərbaycandakı şirkətləri koronavirusun təsirindən qorumaq üçün yardıma hazırdır

EBRD-nin regional direktoru Mikayıl Cabbarova dəstək söz verib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) koronavirus (COVID 19) pandemiyasının və qlobal neft şokunun təsirinə məruz qalan Azərbaycan şirkətlərini dəstəkləməyə davam edir. 

“Report” xəbər verir ki, bu barədə Bankın yaydığı məlumatda qeyd edilir.

Məlumata görə, “həmrəylik paketi” çərçivəsində Azərbaycan da daxil olmaqla 38 üzv ölkədə olan müştərilərinə ümumi dəyəri 1 mlrd avroluq imkanlar yaradıb.

Məlumatda deyilir ki, bu məsələlər İqtisadiyyat naziri Mikayıl Cabbarov və EBRD-nin Şərqi Avropa və Qafqaz region üzrə direktoru Matteo Patrone və EBRD-nin Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Duartenin də qoşulduğu telefon danışığı zamanı müzakirə olunub.

Telefon danışığı zamanı EBRD rəsmiləri nazirə söz veriblər ki, Azərbaycandakı şirkətlərin koronavirusun təsirindən qorumaq üçün yardıma hazırdırlar.

Nazir Mikayıl Cabbarov isə telefon danışığı zamanı Azərbaycan hökumətinin bu məsələlərə ilkin olaraq 1 mlrd manat ayırdığını bildirib.

M.Patrone EBRD ilə Azərbaycan hökuməti arasındakı sıx əməkdaşlığı yüksək qiymətləndirib və xüsusilə çətin günlərdə bankın ölkə iqtisadiyyatını dəstəkləmək əzmini dəstəklədiyini qeyd edib.

“Təcili yardım proqramı çərçivəsində EBRD müvəqqəti kredit çətinliyi yaşayan güclü biznes əsaslarına malik cari müştərilərimizə maliyyələşdirmə təmin etmək üçün “dayanıqlıq çərçivəsi” hazırlayıb. Ümumiyyətlə, Azərbaycan höküməti ilə birlikdə iqtisadiyyatı dəstəkləmək üçün səylərimizi artırmağa hazırıq", - M.Patrone əlavə edib.

Çətin dövrlərdə EBRD müştərilərinə və sərmayə qoyduğu ölkələrə dəstəyini artırır. Əvvəlki iqtisadi böhran dövründə bank borcun kapitala çevrilməsi və əsas yerli kreditorların yenidən kapitallaşdırılması yolu ilə Azərbaycanın maliyyə sektoruna dəstək göstərmişdi. Azərbaycan yeni iqtisadi problemlərlə üzləşdikdə EBRD-nin dəstəyi təcili likvidlik, dövriyyə kapitalı və ticarət maliyyəsi kimi tədbirləri əhatə edir. EBRD Azərbaycanda vacib institusional investordur. Bu günə qədər bank ölkədə 170-dən çox layihə vasitəsilə 3,3 milyard avro investisiya qoyub. Ayrıca yerli kiçik və orta müəssisələrə işgüzar məsləhətlər verir və 1 000-dən çox firmaya performans və böyümələrini yaxşılaşdırmağa kömək edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi