Yuxarı
    Bağlamaq

    ​EBRD-nin nümayəndə heyəti gələn həftə Bakıya gəlir

    Səfərin əsas məqsədi pul bazarının inkişafı və milli valyutada istiqrazların emissiyasının perspektivlərini müzakirə etməkdir

    Bakı. 27 fevral. REPORT.AZ/ Martın 1-2-də Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Xəzinədarlıq Departamentinin əməkdaşları Azərbaycanda səfərdə olacaq. Bu barədə "Report"a EBRD-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

    Nümayəndə heyətinin tərkibinə EBRD-nin Xəzinədarlıq Departamentinin icraçı direktoru Aksel van Nedervin (Axel van Nederveen), Bankın portfel layihələri üzrə baş meneceri Aude Pakatte (Aude Pacatte), yerli valyuta və kapital bazarlarının inkişafı üzrə direktorunun birinci köməkçisi Metyu Sal (Matthew Saal) və  fondlaşma üzrə menecer Əziz Jurayev (Aziz Juraev) daxil olacaq.

    Səfər müddətində qonaqlar Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı ilə görüşəcəklər.

    Missiya, həmçinin Dünya Bankı (WB) və Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəlikləri ilə də görüşlər keçirəcək.

    Açıqlamada deyilir ki, səfərin əsas məqsədi pul bazarının inkişafı və milli valyutada istiqrazların emissiyasının perspektivlərini müzakirə etməkdir.

    Qeyd edək ki, fevralın 23-25-də EBRD-nin maliyyə institutları üzrə regional direktoru Mayk Teylor (Mike Taylor) Azərbaycanda səfərdə olub. Səfər zamanı o, AMB-nin sədri E.Rüstəmov, Qiymətli Kağızlar üzər Dövlət Komitəsinin sədri R.Aslanlı, həmçinin tərəfdaş bankların nümayəndələri ilə görüşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi