EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri 8 mln. avro azalıb

EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri 8 mln. avro azalıb Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi iyulda 39 mln. avro azalaraq 1 814 mln. avroya düşüb
Maliyyə
14 Sentyabr , 2017 11:36
EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri 8 mln. avro azalıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu ilin iyul ayında Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 60 mln. avro və yaxud 2,42% azalaraq iyulun 1-nə 2 424 mln. avro təşkil edib.

“Report”un məlumatına görə, verilmiş borclarda özəl sektorun payı dəyişməyib və iyun ayında olduğu kimi 50% civarında qalıb.

Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayında da dəyişiklik olmayıb və əvvəlki aylarda olduğu kimi 161 olaraq müəyyən edilib.

İyulda Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 39 mln. avro və yaxud 2,11% azalaraq 1 814 mln. avroya düşüb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 8 mln. avro və yaxud 1,43% azalaraq 550 mln. avro olub.

Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 22 mln. avro, yaxud 2,67% azalaraq 801 mln. avroya düşüb.

EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də azalma qeydə alınıb. Belə ki, bu layihələrin sayı 1 ədəd və yaxud 1,96% azalaraq 50-ə bərabər olub.

Son xəbərlər

Orphus sistemi