Yuxarı

EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri 2% azalıb

EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri 2% azalıb

Bakı. 13 avqust. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2018-ci ilin iyun ayında Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 12 mln. avro və yaxud 0,38% artaraq 2018-ci il iyulun 1-nə 3,181 mlrd. avro təşkil edib.

“Report”un məlumatına görə, verilmiş borclarda özəl sektorun mövqeyi dəyişməyərək 25% olaraq qalıb. Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə 2 ədəd yaxud 1,21% artaraq 167-yə yüksəlib.

Qeyd edilən dövrdə Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 7 mln. avro və yaxud 0,3% artaraq 2,358 mlrd. avroya çatıb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 16 mln. avro və yaxud 1,61% kiçilərək 976 mln. avro olub.

Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 11 mln. avro yaxud 0,76% azalaraq 1,433 mlrd. avroya bərabər olub.

EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də dəyişiklik baş verib. Belə ki, bu layihələrin sayı 2 vahid yaxud 4,08% artaraq 49-a çatıb.

Bankın Azərbaycandakı portfelində isə dəyişiklik olmayıb. Belə ki, ötən ilin oktyabrından bəri səhm payı 2% olaraq qalıb.

EBRD-nin cari portfelinin 49,90%-i yaxud 715 mln. avroluq hissəsi enerji, 41,87%-i yaxud 600 mln. avroluq hissəsi infrastruktur, 5,16%-i yaxud 74 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 45 mln. avroluq yaxud 3,14%-lik hissəsi isə maliyyə institutlaşması üçün ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi