AYİB Moldovanın bank sistemində iştirakını artırır

AYİB Moldovanın bank sistemində iştirakını artırır Avropa Yenidənqurma və İnkişaf Bankı "Victoriabank"dakı payını 50%-ə çatdıracaq
Maliyyə
19 Yanvar , 2015 16:10
AYİB Moldovanın bank sistemində iştirakını artırır

Bakı. 19 yanvarr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Moldovanın "Victoriabank"ının səhmlərininin 50%-ni almağı planlaşdırır. Bankdan "Report"a verilən açıqlamaya görə, məqsəd sağlam maliyyə imici və effektiv korporativ idarəetməni bərpa etməkdir.

Hazırda həmin bankda 15,06%-lik paya malik olan AYİB payını 50%-ə çatdırmaq üçün rəsmi qurumlara müraciət edib və artıq müsbət cavab alıb. Lakin dəqiq məbləğ haqqında məlumat verilmir. Bu vaxta qədər "Victoriabank"ın səhmdarları onun fəaliyyətini izləyə bilmirdilər və məhkəmənin qərarı ilə Müşahidə Şurasının bu üstünlüyü ləğv edilib.

AYİB-in Moldova, Belarus, Ukrayna və Qərbi Balkanda Maliyyə Qrupunun rəhbəri Henri Rassel deyib ki, yeni sistemdən çox şey gözləyirlər: "Bu sistem Moldovada bank sistemində korporativ idarəetmə üçün əhəmiyyətli imkanlar yaradacaq".

Xatırladaq ki, AYİB vaxtı ilə Moldova bank sektorunun əsas kreditorlarından biri olub və 2010-cu ildə bu iştirak 40 mln. avro həcmində olubsa, sonradan qeyri-şəffaf əməliyyatlara görə bu rəqəm 4 dəfə azalaraq 10 mln. avroya düşüb.

Son xəbərlər

Orphus sistemi