​EBRD İstanbul Birjasında pay alır

​EBRD İstanbul Birjasında pay alır Türkiyənin Mərkəzi Asiya, Cənub-Şərqi Avropa və Şimali Afrika üçün maliyyə mərkəzinə çevrilməsi nəzərdə tutulub
Maliyyə
29 May , 2015 16:37
​EBRD İstanbul Birjasında pay alır

Bakı. 29 may. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) İstanbul Birjasında 10%-lik iştirak payı almaq üçün danışıqlara başlayıb. "Report"un EBRD-nin mərkəzi ofisinə istinadən verdiyi xəbərə görə, hazırda İstanbul Birjasının yeganə sahibi Türkiyə hökumətidir.

Bu qurum 2013-cü ildə İstanbul Fond Birjası, İstanbul Qızıl Birjası və Türk Törəmə Birjasının konsolidasiyası nəticəsində yaranıb.

Bu gün EBRD-nin birinci vitse-prezidenti Fil Bennet, sığorta və maliyyə xidmətinin direktoru Noel Edison, İstanbul Birjasının rəhbəri Tələt Ulussever və icraçı direktoru Tuncay Dinç tərəfindən pre-IPO müqaviləsi imzalanıb.

IPO-ya gələn il start veriləcəyi açıqlanıb və Türkiyənin Mərkəzi Asiya, Cənub-Şərqi Avropa və Şimali Afrika üçün maliyyə mərkəzinə çevrilməsi nəzərdə tutulur.

Xatırladaq ki, son 6 ildə EBRD Türkiyədə 140-dan çox layihəyə 5 mlrd. avro yatırım edib, digər maliyyə mənbələrindən daha 12 mlrd. avronun əldə edilməsinə şərait yaradıb.

Son xəbərlər

Orphus sistemi