EBRD "Holcim Azerbaijan"da payını artırmaq niyyətindədir

EBRD "Holcim Azerbaijan"da payını artırmaq niyyətindədir İvana Duarte: "Hazırda payımız 10%-dir və bunu 20%-ə qaldırmaq istəyirik"
Maliyyə
19 Aprel , 2017 17:51
EBRD Holcim Azerbaijanda payını artırmaq niyyətindədir

Bakı. 19 aprel. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) "Holcim Azerbaijan" şirkətindəki payını artırmağa çalışır. Bunu "Report"a açıqlamasında EBRD-nin Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.

İ.Duarte bu rəqəmin 10% civarında olacağını bildirib: "Hazırda "Holcim Azerbaijan"da payımız 10% civarındadı. Danışıqlar gedir və bu rəqəmi 20%-ə qaldırmaq istəyirik".

Bank rəsmisi Azərbaycanda yeni biznes imkanlarının mövcudluğu ilə bağlı sualları da cavablandırıb: "Hazırda bazarda əlverişli təkliflər üçün müşahidələrimizi davam etdiririk. Amma hazırda hansısa yeni paya sahib olmaq barədə konkret plan yoxdur. Həmçinin, mövcud paylarımızın da artırılması barədə düşünmürük".

Son xəbərlər

Orphus sistemi