EBRD Gürcüstanda biznes forum keçirəcək

EBRD Gürcüstanda biznes forum keçirəcək Mayın ortalarında Bankın Tbilisidə illik toplantısı da keçiriləcək
Maliyyə
30 Yanvar , 2015 10:18
EBRD Gürcüstanda biznes forum keçirəcək

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu ilin mayın 14-15-də Avropa Yenidənqurma və inkişaf Bankının (EBRD) Tbilisidə (Gürcüstan) 24-cü illik toplantısı və biznes forumu keçiriləcək. "Report"un məlumatına görə, tədbirdə EBRD-nin prezidenti Sir Suma Çakrabarti (Sir Suma Chakrabarti) və üzv ölkələrin hökumət və dövlət rəsmiləri iştirak edəcəklər.

Xatırladaq ki, forumla bağlı razılıq ötən il Davos Forumu çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili və EBRD prezidenti Sir Suma Çakrabarti (Sir Suma Chakrabarti) arasında baş tutan görüşdə əldə edilib.

Son xəbərlər

Orphus sistemi