Yuxarı

​EBRD: Bu il Azərbaycanda 1,6%-lik inflyasiya gözlənilir

Bu, MDB məkanında ən aşağı göstəricidir

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu ilin sonuna Azərbaycanda istehlak inflyasiyası 1,6%-i ötməyəcək. “Report”un məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) əməliyyat apardığı ölkələrdə regional iqtisadi perspektivlərlə bağlı hazırladığı hesabatda deyilir.

Bankın yeni hesabatında Azərbaycanda proqnozlaşdırılan inflyasiya səviyyəsinin MDB məkanında ən aşağı göstərici olduğu deyilir. Sonuncu hesabat bu ilin mayında dərc edilib və həmin sənəddə Azərbaycan üçün illik inflyasiya 2,5% səviyyəsində proqnozlaşdırılıb. Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2014-cü ildə istehlak qiymətlərinin artım tempi 3,5% səviyyəsində gözlənilir.

EBRD digər MDB ölkələri üçün də illik inflyasiya proqnozlarını açıqlayıb. Belə ki, 2014-cü ildə Ermənistanda 2,9%, Gürcüstanda 4%, Tacikistanda 5,1%, Türkmənistanda 5,3%, Moldovada 5,4%, Qırğızıstanda 6,5%, Rusiyada 7,2%, Qazaxıstanda 7,9%, Özbəkistanda 11,4%, Ukraynada 11,8%, Belarusda isə 19,1% səviyyəsində inflyasiya proqnozlaşdırılır. Bundan başqa, Türkiyədə istehlak qiymətlərinin artım tempi 9% səviyyəsində gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi