Dünyanın zənginləri bu il daha 1 trln. dollar məbləğində varlanıblar

Dünyanın zənginləri bu il daha 1 trln. dollar məbləğində varlanıblar Bakı. 27 dekabr. REPORT.AZ/ Dünyanın ən zəngin insanları 2017-ci ildə daha 1 trln. dollar məbləğində varlanıblar. 
Maliyyə
27 Dekabr , 2017 19:51
Dünyanın zənginləri bu il daha 1 trln. dollar məbləğində varlanıblar

Bakı. 27 dekabr. REPORT.AZ/ Dünyanın ən zəngin insanları 2017-ci ildə daha 1 trln. dollar məbləğində varlanıblar. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, buna əsas səbəb dünya fond birjalarında səhmlərin bahalaşması olub. 

Dünyanın 500 ən zəngin adamından ibarət "Bloomberg Billionaires İndex" il ərzində 0,9 trln. dollar və yaxud 20,5% artım göstərib. Müqayisə üçün qeyd edək ki, "MSCI World Index" və "Standard & Poor's 500 Index" cəmi 20% yüksəlib.

Siyahıda varidatını ən çox artıran "Amazon.com"un təsisçisi Cef Bezos olub. Onun mal varlığı 2017-ci ildə 34,2 mlrd. dollar artıb. Noyabrın sonunda 100 mlr. dollarlıq həddi aşan C.Bezosun aktivləri hazırda 99,6 mlrd. dollar təşkil edir. "Microsoft"un təsisçisi Bil Qeyts isə 91,3 mlrd. dollarlıq varidata sahibdir.

Bu il 38 Çinli milyarder isə aktivlərini 177 mlrd. dollar artırıblar. "China Evergrande Group"un təsisçisi Hui Ka Yan C.Bezosdan sonra pulunu ən çox artıran milyarder olub. Onun aktivləri il ərzində 25,9 mlrd. dollar və yaxud 4,5 dəfə artım göstərib. 

"UBS Group AG" və "PricewaterhouseCoopers" isə bəyan edib ki, 2017-ci ildə ilk dəfə tarixdə Asiya qitəsindən olan milyarderlərin sayı ABŞ-dakıları ötüb.

Dekabrın 26-sı tarixi etibarilə dünyanın 500 ən zəngin insanı 5,3 trln. dollar aktivlərə sahibdir. Qeyd edək ki, 2016-cı ilin dekabrın 27-də bu göstərici 4,4 trln. dollar təşkil edib.

"UBS Wealth Management"in ABŞ ofisinin baş investisiya mütəxəssisi Mayk Rayan (Mike Ryan) bildirib ki, hazırda dünya fond birjaları tarixində ikinci ən kəskin və ikinci ən uzun rallisini yaşayır. 

Son xəbərlər

Orphus sistemi