Dünyanın iri sığortaçıları G-20 ölkələrinə müraciət edib

Dünyanın iri sığortaçıları G-20 ölkələrinə müraciət edib Söhbət ümumilikdə 1,2 trln. dollar aktivi olan sığortaçılardan gedir
Maliyyə
3 Sentyabr , 2016 16:45
Dünyanın iri sığortaçıları G-20 ölkələrinə müraciət edib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Dünyanın iri sığorta şirkətləri G-20 ölkələrinə müraciət edərək onları sentyabrın 4-5-də Çində keçiriləcək sammit zamanı hasilat yolu ilə əldə olunan yanacağa subsidiyaların azaldılması ilə bağlı qrafik müəyyən etməyə çağırıb. 

"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, söhbət ümumilikdə 1,2 trln. dollar aktivi olan sığortaçılardan gedir.

Maliyyə sektorunun nəhəngləri hesab edir ki, subsidiyaların ödənilməsi böyük 20-lik ölkələrinə qlobal istiləşmə ilə mübarizə aparmağa mane olur. Bu isə öz növbəsində iqlim dəyişikliyi ilə bağlı riskləri artırır.

Buna görə də sığortaçılar hasilat üsullu yanacağa subsidiyaların 2020-ci ilə qədər tədricən dayandırılmasını istəyir. Onların qənaətində bu işə kömür və üzvi yanacaq növlərindən başlanılmalıdır. 

Son xəbərlər

Orphus sistemi