Dünyanın ən zəngin bankiri korrupsiyada ittiham olunub

Dünyanın ən zəngin bankiri korrupsiyada ittiham olunub O, vergidən yayınma maxinasiyalarında əli olmaqda şübhəli bilinir
Maliyyə
1 Aprel , 2016 11:32
Dünyanın ən zəngin bankiri korrupsiyada ittiham olunub

Bakı. 1 aprel. REPORT.AZ/ Braziliya prokurorluğu dünyanın ən zəngin bankiri Cozefa Safranın korrupsiyada ittiham edib. "Report" "Forbes" nəşrinə istinadən xəbər verir ki, bu barədə dövlət orqanından məlumat verilib.

O, vergidən yayınma maxinasiyalarında əli olmaqda şübhəli bilinir. Prokurorluğun məlumatına görə, onun rəhbərlik etdiyi "Safra Group" bank qrupu 1,8 milyard dollar məbləğində vergi ödəməkdən yayınmaq üçün 15,3 milyon dollar məbləğində rüşvət verməyi planlaşdırırmış.

"Safra Group" bu ittihamları rədd edərək, onları "əsassız" adlandırıb.

"Fortune" jurnalının reytinqinə görə, C.Safra dünyanın ən zəngin bankiridir. Onun var-dövləti 18,6 milyard dollar məbləğində qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi