Yuxarı

​Dünyanın ən gəlirli bankları Çindədir

ABŞ bank sektorunun lideri isə qlobal bazarda yalnız beşincidir

Bakı. 29 iyun. REPORT.AZ/ Çin bankları dünyanın ən iri kapitallaşması və daha qazanan bankları arasında lider olub.

"Report" xəbər verir ki, "The Banker" jurnalının araşdırmasında 2014-cü ildə ən yüksək mənfəətə sahib olan banklar arasında ilk 4 bank məhz Çin mənşəlidir. Həmin 4 bankın mənfəəti ABŞ-ın 4 lider bankının mənfəətindən iki dəfə çoxdur və təxminən 180 mlrd. dollar təşkil edib.

Belə ki, ICBC bankı 59,1 mlrd. dollar mənfəəti ilə 2014-cü ildə dünyanın ən yüksək gəlirli bankı olub. Sonrakı yerləri "China Construction Bank", "Agricultural Bank" və "Bank of China" tutur. ABŞ-ın "Wells Fargo" 33,8 mlrd. dollar mənfəəti ilə 5-ci yerde qərarlaşıb. Onu, "JP Morgan" və HSBC bankları təqib edir.

Kapitallaşma səviyyəsinə görə də ilk 6 bankdan 4-ü Çin bankıdır. "JP Morgan" 3-cü, "Bank of America" isə 5-ci yerdə qərarlaşıb. HSBC 2013-cü ildə tutduğu 3-cü mövqeyindən 2014-cü ilin yekunlarına görə 9-cu, "Citigroup" isə 6-cı yerdən 7-ci sıraya düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi