Bakı. 1 avqust. REPORT.AZ/ Dünyanın aparıcı kriptovalyutaları kəskin ucuzlaşıb.
"Report"un məlumatına görə, ən populyar kriptovalyuta olan bitkoin gün ərzində 7,6% ucuzlaşaraq 7 500 dollara satılır. Dünən bitkoinin qiyməti 8 200 - 8 400 dollar arasında olub.
Rusiyada məşhur olan etherium kriptovalyutası bir sutka ərzində 7,5% ucuzlaşaraq 418 dollara satılır.