​Dünyanın 20 iri bankı 5 ilə 252 mlrd. funt sterlinq cərimə və kompensasiya ödəyib

​Dünyanın 20 iri bankı 5 ilə 252 mlrd. funt sterlinq cərimə və kompensasiya ödəyib Bu barədə "The Guardian" nəşri məlumat yayıb
Maliyyə
19 İyul , 2016 17:07
​Dünyanın 20 iri bankı 5 ilə 252 mlrd. funt sterlinq cərimə və kompensasiya ödəyib

Bakı. 19 iyul. REPORT.AZ/ "CCP Research Foundation" şirkətinin apardığı araşdırma dünyanın 20 iri bankının 5 il ərzində cərimə və kompensasiyalara görə 252 mlrd. funt sterlinq xərcə düşdüyünü üzə çıxarıb. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, söhbət 2011-2015-ci illərdə həyata keçirilən ödənişlərdən gedir.

Məlumata görə, 2010-2014-cü illərdə bankların arzuolunmaz xərcləri orta hesabla 4,1% və yaxud 10 milyard funt artıb. Məsələn, Britaniyanın 3 iri bankı - "Lloyds Banking Group", "Royal Bank of Scotland" və "Barclays" 5 ilə cərimə və kompensasiyalara 66,5 mlrd. funt xərcləməli olub. Halbuki 2006-2010-cu illərdə bu rəqəm 54,6 mlrd. funt təşkil edib.

Bu xərclər "Lloys" bankında 4,7 milyard funtdan 20,2 mlrd. funta, "RBS" bankında 3,8 mlrd. funtdan 14,7 mlrd. funta, "Barclays" bankında isə 2,8 mlrd. funtdan 15,4 mlrd. funta, "HSBC" bankında 1,2 mlrd. funtdan 9,9 mlrd. funta, "Deutsche Bank"da isə 9,4 mlrd. funtdan 12,2 mlrd. funta yüksəlib.

Əvəzində "Santander" bankı cərimə və kompensasiya ödənişlərini 720 mln. funt azaldaraq 6,23 mlrd. funta, "Bank of America" 10 mlrd. funt azaldaraq 54,8 mlrd. funta salıb.

Bankların lazımsız xərclərinin pik həddi 2014-cü ilə təsadüf edib. Həmin il kredit təşkilatları cərimə və kompensasiyalara 63,6 mlrd. funt yönəldiblər. Bu rəqəm 2015-ci ildə xeyli az - 28 mlrd. funt olub. 

Son xəbərlər

Orphus sistemi