Yuxarı
    Bağlamaq

    Dünyada sərbəst likvidliyin azalması faizlərin artmasını stimullaşdıracaq

    Son 8 ildə özəl sektor qazandığından çox investisiya qoyub

    Bakı. 20 iyul. REPORT.AZ/ 2008-2009-cu illərdəki qlobal maliyyə böhranından sonra dünyada sərbəst likvid vəsaitlərin həcmi aktivlərin qiymətinin düşməsinə mane olub. 

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən "İnstitute of İnternational Finance" (IIF) tərəfindən aparılan monitorinqlərə görə, maliyyə bazarları sərbəst likvidliyin tədricən azalması və mərkəzi bankların uçot dərəcələrini artırması prosesinə daha həssas olacaq. 

    ABŞ-ın Federal Rezerv Sistemi (FED) uçot dərəcəsini artırmaqla bərabər balansını azaltmağa, Avropa Mərkəzi Bankı (ECB) isə monetar ekspansiyanı sonlandırmağa hazırlaşır.

    FED-in bundan əvvəlki faiz artırımı dövründə istiqrazların gəlirliliyi artmayıb. 2004-2006-cı illərdə 1%-dən 5,25%-ə yüksələn uçot dərəcəsinə baxmayaraq uzunmüddətli istiqrazların 4,4% həddini aşmayıb. Buna səbəb kimi, maliyyə bazarlarında yüksək likvidlik göstərilib. Hazırda isə durum fərqlidir. İnkişaf etməkdə olan ölkələrin cari hesabları azalmağa başlayıb. Bir qədər sonra bu proses öz əksini mərkəzi bankların balansında göstərəcək. IIF-ə görə, 2019-cu ilin əvvəllərinə qədər mərkəzi bankların balansı artmağa davam etsə də trendin dəyişməsi qaçılmazdır.

    İnstitut həmçinin özəl sektorda sərbəst likvid vəsaitin azalacağını proqnozlaşdırır. 2009-cu ildən sonra özəl sektorun qoyduğu investisiyaların həcminin mənfəətlərini üstələdiyi bildirilir. Əgər 2009-cu ildə özəl sektorun likvidlik profisiti ÜDM-in 9%-nə çatırdısa, hazırda bu əmsal 2% təşkil edir.

    Həmçinin inkişaf etmiş ölkələrdə əhalinin yığımlarında da azalma gözləmlənir. Əgər 2011-ci ildə əhalinin yığımları ÜDM-in 6%-nə bərabər idisə, hazırda bu göstərici 2,5%-ə geriləyib. Bu da öz növbəsində istiqrazların gəlirliliyini aşağı salıb, səhmlərin qiymətini isə artırıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi