Yuxarı
    Bağlamaq

    Dünya üzrə innovasiya indeksi açıqlanıb

    Azərbaycan top-50-də yer almayıb

    Bakı. 17 yanvar. REPORT.AZ/ Keçən il olduğu kimi bu il də innovasiya İndeksində ilk yeri Cənubi Koreya tutub. Bu barədə "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir. 

    Agentliyin illlik "İnnovasiya İndeksi" hesabatında bildirilir ki, ilk 5-likdə həmçinin 4 Avropa ölkəsi - İsveç, Almaniya, İsveçrə və Finlandiya yer alıb. ABŞ isə bu indeksdə 9-cu yeri tutub. 

    İlk 50 ölkə arasında Azərbaycan olmayıb. İndeksdə keçmiş sovet respublikalarından Rusiya keçən illə müqayisədə 14 pillə geriləyərək 26-cı sırada, Litva 32-ci, Estoniya 33, Latviya 39-cu, Ukrayna 42-ci yerdə qərarlaşıb. 

    Qeyd edək ki, bu hesabat müxtəlif ölkələrdə araşdırma fəaliyyəti, əmək məhsuldarlığı, iqtisadiyyatda "Hi-Tech"in tətbiqi, ali təhsilin keyfiyyəti, alimlərin elmi işə diqqəti, əldə olunan patentlərin sayı əsasında tərtib olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi