Yuxarı
    Bağlamaq

    Dünya liderlərinin əmək haqları reytinqi açıqlanıb

    CNN Money reytinq siyahısında 400 min ABŞ dolları məbləğində məvacib alan ABŞ prezidenti Barak Obama birincidir

    Bakı. 11 mart. REPORT.AZ/ CNN Money dünya liderlərinin əmək haqlarının reytinqini dərc edib. 

    "Report" xəbər verir ki, reytinq siyahısına ildə 400 min ABŞ dolları məbləğində məvacib alan ABŞ prezidenti Barak Obama başçılıq edir. ABŞ prezidentinin əmək haqqı Corc Buşun 2001-ci ildə hakimiyyətə gəlməsindən sonra iki dəfə artırılıb. 

    Bundan əlavə, Obama vergi tutulmayan 50 min dollar həcmində hesabdan da istifadə edə bilər. 

    Almaniya kansleri Angela Merkelin əmək haqqı ildə 216 min avro (234,383 min ABŞ dolları) təşkil edir. Hökumətin qəbul etdiyi qərara əsasən, martın əvvəlindən kansler və onun nazirlərinin maaşları 2,2% artıb. 

    Böyük Britaniyanın baş naziri Devid Kameron ildə 142,5 min funt (214,782 min ABŞ dolları) qazanır. Bura onun parlament üzvü kimi aldığı 67 min funt sterlinq məbləğində əmək haqqı da daxildir. 

    Fransa prezidenti Fransua Olland 2012-ci ildə bu vəzifəyə gəldiyi zaman maaşı 30% azalmasaydı, reytinqdə daha yüksək pillələrdə yer ala bilərdi. Bu gün o, ildə cəmi 194,251 min dollar qazanır. 

    CNN Money yazır ki, ölkədəki böyük iqtisadi böhran səbəbindən Putin ötən həftə öz maaşını 10% azaldıb. İndi o, ildə təxminən 8,2 mln. rubl (136 min ABŞ dolları) qazanır. 

    Hindistanın baş nazirinin əmək haqqı ildə 1,9 mln. rupi təşkil edir, bu da təxminən 30 min dollara bərabərdir.

    Çin prezidenti Si Tszinpin bu ilin əvvəlində maaşının 60% artırılmasından sonra cəmi 22 min dollar alır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi