Dünya İqtisadi Forumu: Azərbaycan İDİ indeksinə görə dünya lideridir

Dünya İqtisadi Forumu: Azərbaycan İDİ indeksinə görə dünya lideridir Azərbaycanda iqtisadi inkişaf modeli geniş kütləni əhatə edib
Maliyyə
17 Yanvar , 2017 11:47
Dünya İqtisadi Forumu: Azərbaycan İDİ indeksinə görə dünya lideridir

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan İnklyuziv İnkişaf İndeksinə (İDİ) görə inkişaf etməkdə olan ölkələr arasında 2-cı sırada yer alıb. "Report" İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun "İnklyuziv Artım və İnkişaf" hesabatına istinadən bildirir ki, Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında İDİ indeksinə görə Litva ilə eyni - 4,73 bal toplayaraq ilk 2 sıranı bölüşür. 

Qeyd edək ki, İDİ indeksi ölkələr üzrə əsas iqtisadi göstəricilərin məcmusundan hazırlanır. Bu, yeni qlobal iqtisadi indeks ölkələrin iqtisadi inkişafına daha kompleks qiymət verir. İDİ indeksi hər hansı bir ölkənin iqtisadi durumunu ayrılıqda ÜDM və adambaşına düşən milli gəlir kimi göstəricilərdən daha effektli təsvir edir. Hesabatda həmçinin bilidirilir ki, İDİ indeksinin aşağı olması ÜDM artımının sosial inteqrasiyaya daha pis ötürüldüyünü göstərir. Bu ölkələr arasında Braziliya, İrlandiya, Yaponiya, Meksika və ABŞ yer alıb.

Hesabatda Azərbaycanın İDİ indeksi renkinqi adambaşına ÜDM artımı renkinqi ilə də müqayisə olunub. Azərbaycan İDİ-ÜDM (adambaşına) renkinq əmsalı (22) ilə ən yüksək ölkələr arasında yer alıb. Qeyd edək ki, bu əmsalın yüksək olması Azərbaycanda iqtisadi inkişaf modeli daha çox balanslaşdırıldığını və geniş kütləni əhatə etdiyini göstərir. Aşağıdakı cədvəldə Azərbaycan həm İDİ renkinqi, həm də İDİ-ÜDM (adambaşına) əmsalı inkişaf etməkdə olan ölkələr cədvəlində əks olunub.

Son xəbərlər

Orphus sistemi