Bakı. 21 oktyabr.REPORT.AZ/ Oktyabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,08% ucuzlaşaraq 17 217,11 bənd, S&P 500 0,14% azalaraq 2 030,77 bənd, Nasdaq isə 0,50% irəliləyərək 4 880,97 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,11% ucuzlaşaraq, 6 345,13 bənd, Fransa CAC-40-ı 0,64% geriləyərək, 4 673,81 bənd, Almaniya DAX-ı isə 0,16% azalaraq 10 147,68 bənd təşkil edib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,74% bahalaşaraq 1 177,20 dollar təşkil edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1361 (+0,23%) təşkil edib.