Bakı. 14 oktyabr. REPORT.AZ/ Oktyabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,29% ucuzlaşaraq 17 081,89 bənd, S&P 500 0,68% azalaraq 2 003,69 bənd, Nasdaq isə 0,87% geriləyərək 4 796,61 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,45% ucuzlaşaraq 6 342,28 bənd, Fransa CAC-40-ı 0,97% geriləyərək 4 643,38 bənd, Almaniya DAX-ı isə 0,86% azalaraq 10 032,82 bənd təşkil edib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 18,2 dollar yaxud 1,58% bahalaşaraq 1 172,20 dollar təşkil edib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1387 (+0,24) təşkil edib.