​Dünya bazarında qızılın unsiyası 15 dollar bahalaşıb

​Dünya bazarında qızılın unsiyası 15 dollar bahalaşıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0847 (+0,47%) təşkil edib
Maliyyə
26 Yanvar , 2016 09:40
​Dünya bazarında qızılın unsiyası 15 dollar bahalaşıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Yanvarın 25-də Amerika fond bazarında Dow Jones indeksi 1,29% ucuzlaşaraq 15885,22 bənd, S&P 500 1,56% azalaraq 1 877,08 bənd, Nasdaq isə 1,58% geriləyərək 4 518,49 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,39% ucuzlaşaraq 5 877,00 bənd, Fransa CAC-40-ı 0,58% azalaraq 4 311,33 bənd, Almaniya DAX-ı isə 0,29% geriləyərək 9 736,15 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 15 dollar yaxud 1,38% bahalaşaraq 1 113,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0847 (+0,47%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi