​Dünya bazarında qızılın unsiyası 1000 dollara yaxınlaşır

​Dünya bazarında qızılın unsiyası 1000 dollara yaxınlaşır Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0931 (+0,98%) təşkil edib
Maliyyə
22 İyul , 2015 09:47
​Dünya bazarında qızılın unsiyası 1000 dollara yaxınlaşır

Bakı. 22 iyul. REPORT.AZ/ İyulun 21-də Amerika fond bazarlarında Dow Jones indeksi 1,00% artaraq 17 919,29 bənd, S&P 500 0,43% ucuzlaşaraq 2 119,21 bənd, Nasdaq isə 0,21% geriləyərək 5 208,12 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,29% geriləyərək 6 769,07 bənd, Fransa CAC-40-ı 0,70% azalaraq 5 106,57 bənd, Almaniya DAX-ı isə 1,12% ucuzlaşaraq 11 604,80 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 10 ABŞ dolları yaxud 0,91% ucuzlaşaraq 1 092,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0931 (+0,98%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi