​Dünya bazarında qızılın qiyməti ucuzlaşıb

​Dünya bazarında qızılın qiyməti ucuzlaşıb Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,73% azalaraq 1 198,80 dollara bərabər olub
Maliyyə
16 Dekabr , 2014 09:43
​Dünya bazarında qızılın qiyməti ucuzlaşıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Dekabrın 15-də Amerika fond bazarında Dow Jones indeksində 0,58% azalma müşahidə edilib və 17 596,34 bənd təşkil edib, S&P 500 0,63% - 1 989,63 bəndədək, Nasdaq isə 1,04% - 4 605,16 bəndədək azalıb.

"Report"un xəbər verdiyi kimi, Avropa fond bazarlarında dekabrın 15-də FTSE 100 indeksi 1,87% - 6 182,71 bəndədək, Almaniya DAX-ı 2,72% - 9 334,01 bəndədək, Fransa CAC-40-ı isə 2,52% - 4 0015,38 bəndədək enib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,73% azalaraq 1 198,80 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2426 dollar (-0,02%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi