Yuxarı

Dünya bazarında qızılın qiyməti bahalaşıb

Dow Jones indeksində 0,08% artım müşahidə edilib

Bakı. 26 fevral.REPORT.AZ/ Fevralın 25-də Amerika fond bazarında Dow Jones indeksində 0,08% artım müşahidə edilib və 18 224,57 bənd təşkil edib. S&P 500 0,08% azalaraq 2 113,86 bənd, Nasdaq isə 0,02% azalaraq 4 967,14 bənd olub.
"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,21% azalaraq 6 935,38 bənd, Almaniya DAX-ı 0,04% bahalaşaraq 11 210,27 bənd, Fransa CAC-40-ı isə 0,09% azalaraq 4 882,22 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,13% bahalaşaraq 1 208,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1346 (+0,2%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi