​Dünya bazarında qızılın qiyməti 13 dollar bahalaşıb

​Dünya bazarında qızılın qiyməti 13 dollar bahalaşıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1373 (+0,09%) təşkil edib
Maliyyə
19 İyun , 2015 08:29
​Dünya bazarında qızılın qiyməti 13 dollar bahalaşıb

Bakı. 19 iyun. REPORT.AZ/ İyunun 18-də Amerika fond bazarında "Dow Jones" indeksində 1,00% artım müşahidə olunub və 18115,84 bənd təşkil edib. S&P 500 0,99% irəliləyərək 2 121,24 bənd, Nasdaq isə 1,34% artaraq 5 132,95 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,41% irəliləyərək 6 707,88 bənd, Fransa CAC-40-ı 0,27% artaraq 4 803,48 bənd, Almaniya DAX-ı da 1,11% irəliləyərək 11 100,30 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,05% yaxud 12,5 dollar artaraq 1 199,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1373 (+0,09%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi