Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 1500 dolları keçib

Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 1500 dolları keçib Bu gün ABŞ-ın Nyu-York əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2013-cü ilin aprel ayından bəri ilk dəfə 1 500 dolları keçərək 1 503 dollarda qərarlaşıb.
Maliyyə
7 Avqust , 2019 16:02
Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 1500 dolları keçib

Bu gün ABŞ-ın Nyu-York əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2013-cü ilin aprel ayından bəri ilk dəfə 1 500 dolları keçərək 1 503 dollarda qərarlaşıb.

“Report” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Eyni prosesin London əmtəə birjasında da getdiyi bildirilir. Analitiklərin fikrincə, ABŞ və Çin arasında ticarət müharibəsinin yenidən qızışması, qlobal iqtisaid artımın ləngiməsi, dünyanın mərkəzi banklarının pul-kredit siyasətini yumşatması fonunda investorların qızıla tələbatı artıb. Odur ki, qiymətli metal bahalaşmaqdadır. İlin əvvəli ilə müqayisədə qızıl, təxminən, 17% dəyər qazanıb. 

Son xəbərlər

Orphus sistemi