Yuxarı

Dünya bazarında qızıl yenidən ucuzlaşıb

Qərbin fond indeksləri fərqli istiqamətli dinamika nümayiş edib

Bakı. 27 may. REPORT.AZ/ Mayın 26-da Amerika fond bazarında "Dow Jones" indeksi 0,13% ucuzlaşaraq 17 828,29 bənd, "S&P 500" indeksi 0,02% azalaraq 2 090,10 bənd, "Nasdaq" isə 0,14% irəliləyərək 4 901,77 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,04% bahalaşaraq 6 265,65 bənd, Fransa "CAC-40"-ı 0,69% artaraq 4 512,64 bənd, Almaniya DAX-ı 0,66% irəliləyərək 10 272,71 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,25% azalıb və 1 222,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1189 (+0,31%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi