​Dünya bazarında qızıl və avro ucuzlaşıb

​Dünya bazarında qızıl və avro ucuzlaşıb Qərbin əsas fond indeksləri yüksəlib
Maliyyə
13 Aprel , 2016 08:27
​Dünya bazarında qızıl və avro ucuzlaşıb

Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 12-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,94% bahalaşaraq 17 721,25 bənd, "S&P 500" 0,97% artaraq 2 061,72 bənd, "Nasdaq" isə 0,80% irəliləyərək 4 872,09 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,68% bahalaşaraq 6 242,39 bənd, Fransa CAC-40-ı 0,77% artaraq 4 345,91 bənd, Almaniya DAX-ı isə 0,81% irəliləyərək 9 761,47 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,26% ucuzlaşaraq 1 252,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1364 (-0,39%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi