Yuxarı

Dünya bazarında qızıl və avro ucuzlaşıb

Qərbin əksər fond indeksləri yüksəlib

Bakı. 23 aprel. REPORT.AZ/ Aprelin 22-də Amerika fond bazarında Dow Jones indeksində 0,49% artım müşahidə olunub və 18 038,27 bənd təşkil edib. S&P 500 0,51% irəliləyərək 2 107,96 bənd, Nasdaq isə 0,42% artaraq 5 035,17 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,49% geriləyərək 7 028,24 bənd, Almaniya DAX-ı 0,60% azalaraq 11 867,37 bənd, Fransa CAC-40-ı isə 0,36% irəliləyərək 5 211,09 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,01% azalaraq 1 187,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0704 (-0,28%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi