​Dünya bazarında qızıl və avro ucuzlaşıb

​Dünya bazarında qızıl və avro ucuzlaşıb Əksər Qərb fond indeksləri azalıb
Maliyyə
24 Noyabr , 2015 09:37
​Dünya bazarında qızıl və avro ucuzlaşıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,17% ucuzlaşaraq 17 792,68 bənd, S&P 500 0,12% geriləyərək 2 086,59 bənd, Nasdaq isə 0,05% ucuzlaşaraq 5 102,92 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,46% ucuzlaşaraq 6 305,49 bənd, Fransa CAC-40-ı 0,44% ucuzlaşaraq 4 889,12 bənd, Almaniya DAX-ı isə 0,25% geriləyərək 11 092,31 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,53% azalaraq 1 070,60 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0623 (-0,22%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi