Yuxarı

​Dünya bazarında qızıl və avro ucuzlaşıb

ABŞ və Avropada fond indeksləri fərqli dinamika nümayiş etdirib

Bakı. 17 iyun. REPORT.AZ/ İyunun 16-da Amerika fond bazarında Dow Jones indeksində 0,64% artım müşahidə olunub və 17 904,48 bənd təşkil edib. S&P 500 0,57% irəliləyərək 2 096,29 bənd, Nasdaq isə 0,51% artaraq 5 055,56 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,01% geriləyərək 6 710,10 bənd, Fransa CAC-40-ı 0,51% artaraq 4 839,86 bənd, Almaniya DAX-ı da 0,54% irəliləyərək 11 044,01 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,54% azalaraq 1 179,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1264 (-0,11%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi