Dünya bazarında qızıl və avro ucuzlaşıb

Dünya bazarında qızıl və avro ucuzlaşıb Avropa indeksləri azalıb, ABŞ-da isə artıb
Maliyyə
9 Aprel , 2015 09:29
Dünya bazarında qızıl və avro ucuzlaşıb

Bakı. 9 aprel. REPORT.AZ/ Aprelin 8-də Amerika fond bazarında Dow Jones indeksində 0,15% artım müşahidə olunub və 17 902,51 bənd təşkil edib. S&P 500 0,27% irəliləyərək 2 081,90 bənd, Nasdaq isə 0,83% artaraq 4 950,82 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,35% azalaraq 6 937,41 bənd, Almaniya DAX-ı 0,72% ucuzlaşaraq 12 035,86 bənd, Fransa CAC-40-ı isə 0,28% geriləyərək 5 136,86 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,02% azalaraq 1 198,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0781 (-0,55%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi