​Dünya bazarında qızıl və avro ucuzlaşıb

​Dünya bazarında qızıl və avro ucuzlaşıb ABŞ və Britaniya fond indeksləri sabit qalıb
Maliyyə
31 May , 2016 09:37
​Dünya bazarında qızıl və avro ucuzlaşıb

Bakı. 31 may. REPORT.AZ/ Mayın sonuncu bazar ertəsi ABŞ-da “Decoration Day” adlanan hərbi xidmətdə vəfat etmiş şəxslərin xatirə günü kimi yad edildiyi üçün qeyri-iş günü hesab edilir. Bu səbəbdən mayın 30-da Amerika fond bazarında heç bir dəyişiklik qeydə alınmayıb. Belə ki, ötən həftə olduğu kimi "Dow Jones" indeksi 17 873,22 bənd, "S&P 500" indeksi 2 099,06 bənd, "Nasdaq" isə 4 933,50 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi mayın 30-da İngiltərədə qeyd edilən “Spring Bank Holiday” ilə əlaqədar iş günü olmaması səbəbindən dəyişməyərək 6 270,79 bənd, Fransa "CAC-40"ı 0,32% artaraq 4 529,40 bənd, Almaniya DAX-ı 0,46% irəliləyərək 10 333,23 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,02% azalıb və 1 212,15 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1134 (-0,17%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi