​Dünya bazarında qızıl və avro ucuzlaşıb

​Dünya bazarında qızıl və avro ucuzlaşıb Qızılın bir unsiyasının qiyməti 2,54% ucuzlaşaraq 1 168,20 dollar olub
Maliyyə
7 Mart , 2015 09:23
​Dünya bazarında qızıl və avro ucuzlaşıb

Bakı. 7 mart. REPORT.AZ/ Martın 6-da Amerika fond bazarında Dow Jones indeksində 1,54% azalma müşahidə edilib və 17 856,78 bənd təşkil edib. S&P 500 1,42% geriləyərək 2 071,26 bənd, Nasdaq isə 1,11% azalaraq 4 927,37 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,71% azalaraq 6 911,80 bənd, Almaniya DAX-ı 0,41% bahalaşaraq 11 550,97 bənd, Fransa CAC-40-ı isə 0,02% bahalaşaraq 4 964,35 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 2,54% ucuzlaşaraq 1 168,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0844 (-1,69%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi