Yuxarı

Dünya bazarında qızıl və avro ucuzlaşıb

Qərb indeksləri isə yenə də fərqli dinamika nümayiş edir

Bakı. 6 fevral.REPORT.AZ/ Fevralın 5-də Amerika fond bazarında Dow Jones indeksində 1,20% artım müşahidə edilib və 17 884,88 bənd təşkil edib. S&P 500 1,03% artaraq 2 062,52 bəndə, Nasdaq isə 1,03% bahalaşaraq 4 765,10 bəndə bərabər olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında fevralın 5-də FTSE 100 indeksi 0,09% artaraq 6 865,93 bəndə çatıb, Almaniya DAX-ı 0,05% ucuzalaşaraq 10 905,41 bəndə enib. Fransa CAC-40-ı isə 0,15% artaraq 4 703,30 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,29% ucuzlaşaraq 1 268,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1410 (-0,3%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi