Yuxarı

​Dünya bazarında qızıl və avro ucuzlaşıb

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 067 dollara düşüb

Bakı. 27 noyabr. REPORT.AZ/ ABŞ-da 26 noyabr Şükranlıq günü (Thanksgiving day) münasibəti ilə birjalar bağlı olub və bu ölkənin bütün fond indeksləri əvvəlki səviyyədə qalıb.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,88% bahalaşaraq 6 393,13 bənd, Fransa CAC-40-ı 1,08% bahalaşaraq 4 946,02 bənd, Almaniya DAX-ı isə 1,35% irəliləyərək 11 320,77 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,56% azalaraq 1 067,10 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0614 (-0,37%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi