Qızıl və avro bahalaşıb

Qızıl və avro bahalaşıb Avropanın əsas fond indeksləri azalıb
Maliyyə
29 Aprel , 2015 10:05
Qızıl və avro bahalaşıb

Bakı. 29 aprel. REPORT.AZ/ Aprelin 28-də Amerika fond bazarında Dow Jones indeksində 0,40% artım müşahidə olunub və 18 110,14 bənd təşkil edib. S&P 500 0,28% irəliləyərək 2 114,76 bənd, Nasdaq isə 0,10% azalaraq 5 055,42 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,03% geriləyərək 7 030,53 bənd, Almaniya DAX-ı 1,89% azalaraq 11 811,66 bənd, Fransa CAC-40-ı isə 1,81% geriləyərək 5 173,38 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,83% artaraq 1 210,30 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0963 (+0,80%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi