​Dünya bazarında qızıl və avro bahalaşıb

​Dünya bazarında qızıl və avro bahalaşıb Qərbin əksər fond indeksləri azalıb
Maliyyə
8 Mart , 2016 10:14
​Dünya bazarında qızıl və avro bahalaşıb

Bakı. 8 mart. REPORT.AZ/ Martın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,40% bahalaşaraq 17 073,95 bənd, S&P 500 0,09% artaraq 2 001,76 bənd, Nasdaq isə 0,19% geriləyərək 4 708,25 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,27% ucuzlaşaraq 6 182,40 bənd, Fransa CAC-40-ı 0,32% azalaraq 4 442,29 bənd, Almaniya DAX-ı isə 0,46% geriləyərək 9 778,93 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 10,15 dollar yaxud 0,81% bahalaşaraq 1 269,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1020 (+0,14%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi