Bakı. 6 may. REPORT.AZ/ Mayın 5-də Amerika fond bazarında Dow Jones indeksində 0,76% azalma müşahidə olunub və 17 928,20 bənd təşkil edib. S&P 500 1,18% geriləyərək 2 089,46 bənd, Nasdaq isə 1,55% azalaraq 4 939,33 bənd olub.
"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,84% geriləyərək 6 927,58 bənd, Almaniya DAX-ı 2,51% azalaraq 11 327,68 bənd, Fransa CAC-40-ı isə 2,12% geriləyərək4 974,07 bənd təşkil edib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,84% artaraq 1 195,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1233 (+0,84%) təşkil edib.