Yuxarı

Dünya bazarında qızıl və avro bahalaşıb

Əksər indekslər ucuzlaşıb

Bakı. 4 iyun. REPORT.AZ/ İyunun 3-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,18% azalaraq 17 807,06 bənd, "S&P 500" indeksi 0,29% geriləyərək 2 099,13 bənd, "Nasdaq" isə 0,58% azalaraq 4 942,52 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,39% bahalaşaraq 6 209,63 bənd, Fransa "CAC-40"ı 0,99% azalaraq 4 421,78 bənd, Almaniya DAX-ı 1,03% geriləyərək 10 103,26 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 2,74 % artıb və 1 244,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1367(+1,94%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi