Yuxarı

Dünya bazarında qızıl və avro bahalaşıb

Fond bazarında əsas indekslər geriləyib

Bakı. 9 fevral. REPORT.AZ/ Fevralın 8-də Amerika fond bazarında Dow Jones indeksi 1,10% ucuzlaşaraq 16 027,05 bənd, S&P 500 1,42% azalaraq 1 853,44 bənd, Nasdaq isə 1,82% geriləyərək 4 283,75 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,71% ucuzlaşaraq 5 689,36 bənd, Fransa CAC-40-ı 3,20% azalaraq 4 066,31 bənd, Almaniya DAX-ı isə 3,30% geriləyərək 8 979,36 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,32%, yaxud 3,83 dollar artaraq 1 193, 06 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1209 (+0,14%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi