​Dünya bazarında qızıl və avro bahalaşıb

​Dünya bazarında qızıl və avro bahalaşıb ABŞ-ın fond indeksləri yüksəlib
Maliyyə
13 Mart , 2015 09:30
​Dünya bazarında qızıl və avro bahalaşıb

Bakı. 13 mart. REPORT.AZ/ Martın 12-də Amerika fond bazarında Dow Jones indeksində 1,47% artım müşahidə edilib və 17 895,83 bənd təşkil edib. S&P 500 1,26% irəliləyərək 2 065,95 bənd, Nasdaq isə 0,89% artaraq 4 893,29 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,59% artaraq 6 761,07 bənd, Almaniya DAX-ı 0,06% ucuzlaşaraq 11 799,39 bənd, Fransa CAC-40-ı isə 0,21% ucuzlaşaraq 4 987,33 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,41% bahalaşaraq 1 158,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0604 (+0,87%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi